DİN-nin mətbuat xidmətinin yaydığı məlumata görə, Nəsimi Rayon Polis İdarəsinin inzibati binasında İcra Hakimiyyəti ilə birlikdə "Konstitusiya və Suverenlik İli" çərçivəsində rayon ərazisində yerləşən ali təhsil müəssisələrinin tələbələri ilə "Suveren ölkədə narkotiksiz cəmiyyət" və "Suverenliyimizin sağlam gələcəyi: Keçmişdən bu günə" mövzularında tədbir keçirilib.
Tədbir zamanı Nəsimi Rayon Polis İdarəsinin rəisi polis polkovniki Vüqar Ağayev mövzularla bağlı çıxış edib, gənclərə dövlətçilik tariximizi dərindən öyrənməyin vacibliyini vurğulayıb. Tədbirin gedişatında narkomaniyanın yaratdığı fəsadlar və kibercinayətkarlığa qarşı mübarizə tədbirlərindən də bəhs olunub.
Sonda gəncləri maraqlandıran suallar cavablandırılıb.