azia.az
azia.az

Avrora MMC-dən şikayət-“Ceyhun Abbasovun verdiyi sözləri təsdiq edən səs yazıları var”

16-02-2025, 16:05


"Avrora" MMC-də nəzarətçi-gözətçi vəzifəsində işləmiş şəxs məhkəməyə müraciət edib. O, müqavilədə nəzərdə tutulan iş saatından artıq işlədildiyi üçün etiraz etdiyini, buna görə də işdən çıxarıldığını bildirib.

 

Azia.az bloqu Musavat.com-a istinadən xəbər verir ki, Rasim (ad şərtidir) hazırda MMC-dən 2 min manat tələb edir.

 

Rasim şikayətində bildirir ki, aylıq əmək haqqı 400 manat olub. Müqavilədə günlük 12 saat iş vaxtı göstərilib, lakin əlavə saatlarda işə cəlb edilib:

 

“İşlədiyim müddətdə artıq 130 saat işə cəlb edilmişəm. Sonra 14 saat gecə növbəsi və 24 saat günlük rejimdə işə cəlb etdikləri üçün etiraz etdim. Buna görə işdən çıxarıldım. MMC-nin İnsan Resursları Departamentində məni qəbul etdilər. Dedilər ki, işə buraxılmadığım günlərin əmək haqqısı və artıq işə cəlb etdikləri iş saatlarının əmək haqqını ödəyəcəklər. Hər iş günü işə başlayanda və işdən çıxanda turniketə barmaq izi vururuq. Artıq işlədiyim saatları müəyyənləşdirmək olar”.

 

Şikayətçinin sözlərinə görə bu barədə MMC-nin rəhbərinə də məlumat verib: “İşdən çıxandan bir müddət sonra Şuşa şəhərində keçirilən türk dövlətlərinin qeyri-rəsmi görüşündə ofisiant işləmək üçün Şuşa otelinə getmişdim. Təsadüfən MMC-nin prezidenti Ceyhun Abbasovu gördüm. Ona edilən haqsızlıqları bildirdim. Öz şəxsi mobil nömrəsini verdi, bildirdi ki, narahat olma. Bakıya qayıdanda Ceyhun müəllimə yenidən yazdım. İnsan Resurslarına yaxınlaşmağımı istədi. Ora gedəndə dedilər ki, işə qayıdım, ayın sonu da bütün ödənişlərini edəcəklər. Yenidən işə başladım. Amma ödənişləri etmədilər. Ərizə yazıb işdən çıxdım. Rəsmi qurumlara da müraciət etmişəm. Ceyhun Abbasovun və insan resurslarının əməkdaşı Leyla xanımın mənə verdikləri sözləri təsdiq edən səs yazıları və yazışmaları var. Amma pulumu ala bilmirəm”.

 

Qeyd edək ki, şikayətə Binəqədi Rayon Məhkəməsində baxılıb. Amma məhkəmə şikayəti təmin etməyib.





OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi