azia.az
azia.az

Mərhum general-mayor Məhəmməd Abbasquliyevin məzarı ziyarət edilmişdir

14-02-2025, 15:31

Azia.az bloquna verilən mətbuat xidmətindən verilən məlumata görə, 14 fevral 2025-ci il tarixində Dövlət Sərhəd Xidmətinin rəhbər heyəti tərəfindən II Fəxri Xiyabanda DSX rəisinin sabiq müavini mərhum general-mayor Məhəmməd Abbasquliyevin 60 illik yubileyi münasibəti ilə əziz xatirəsi dərin ehtiramla yad edilmiş, məzarı üzərinə güllər düzülmüşdür.

Mərhumun məzarını ziyarət edənlər həyatının çox hissəsini vətənimizin təhlükəsizliyinin təmin olunmasına, sərhədlərimizin etibarlı mühafizəsinə həsr etmiş general-mayor Məhəmməd Abbasquliyevin həm də peşəkar sərhədçi kadrların formalaşmasında göstərdiyi xidmətlərini yüksək qiymətləndirmiş və xatirəsinin daim qəlblərdə yaşayacağını bildirmişlər.

Dövlət Sərhəd Xidmətinin rəhbərliyi tərəfindən general-mayor M.Abbasquliyevin ailə üzvlərinə başsağlığı verilmişdir.

 






OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi