azia.az
azia.az

Şabran məktəbindəki qalmaqalın VİDEOSU

11-02-2025, 19:19

Şabran şəhər Məmmədağa Nəzirov adına 4 saylı məktəbin bağlanma xəbəri ilə bağlı valideynlərin narazılığının görüntüləri yayılıb.

Ötən gün Shimal.News sözügedən təhsil ocağı ilə bağlı səsləndirilən iddialara Quba-Xaçmaz Regional Təhsil İdarəsinin cavabını dərc edib:

“Adıçəkilən təhsil müəssisəsinin növbəti tədris ilindən tam orta təhsil səviyyəsinə keçirilməsi planlaşdırılır. 9-cu sinfə qədər birinci korpusda, 10-11-ci siniflər isə ikinci korpusda təhsil alacaqlar”.

Valideynlər isə öz etirazlarını bildiriblər:

“Dünən eşitdik ki, məktəbi bağlayırlar, liseyə çevirirlər. Biz valideynlər narazıyıq, bağlanmasına etiraz edirik. Yalnız 9, 10 və 11-ci sinifləri saxlayırlar. İndi qışın bu günündə uşaqlarımızı hara aparaq?”

  • Xəbəri Paylaş:


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi