Laçında yaşayan ailə polisdən kömək istədi - "Ailəmizin gəlir yeri olan maşını əlimizdən aldılar" (VİDEO)
İşğaldan azad olunmuş Laçın rayonda yaşayan Fərəcova Ayşə bildirir ki, təxminən 2 ay bundan öncə xalasının səhətində yaranmış problemlərlə əlaqədər VAZ-07 maşını qardaşı Ariz Fərəcov "TikTok" platformasından tanıdığı Abşeron rayonu Saray qəsəbəsində yerləşən "Həmid Avtosalonu"-na 1200 AZN Pul müqavilində girov qoyub, daha sonra salon maşını yaxın adamlarının adına alqı-satqı edərək ayı 331 AZN olmaqla 1 illik Arizə kreditlə veriblər.
Vətəndaş indi 3 ay olmaqla 331 manatdan pulu da qaytarır, 1200 manat da amma maşını vermirlər. Deyillər 3900 manat ödəniş etməlisiniz. Ayşə Fərəcova bildirir ki, bir neçə dəfə "Həmid Avtosalonu" adlı yerdə olub, eyni analoji hal digər şəxslərin də başına gətirilir.