Döyüşə hazırıq: Azərbaycan zərbəmizi görəcək – Ohanyan
“Biz vəzifədə olduğumuz müddətdə heç vaxt paslı, döyüş meydanında yarasız olacaq silah-sursat almamışıq”.
Azia.az bloqu globalinfo.az-a istinadla xəbər verir ki, bunu Ermənistanın keçmiş müdafiə naziri, parlamentin “Hayastan” fraksiyasının üzvü Seyran Ohanyan jurnalistlərə açıqlamasında deyib.
O, hazırda ordunun tabeliyindəki silahların yaxşı vəziyyətdə olmadığını bildirib:
“Biz KTMT ilə strateji tərəfdaşlıq çərçivəsində ucuz qiymətə çox sayda silah və texnika almağı bacarmışdıq. İndi Baş nazir Nikol Paşinyan cavab verməlidir ki, əvvəl alınan yeni silah və texnikalar hara yoxa çıxıb? O, niyə idarəetməni tez mənimsəyə bilmədi? Demişdi ki, onun ali baş komandan vəzifəsinin öhdəsindən gələcəyinə heç kim şübhə etməsin. Amma bunu bacamadı.
Xalqla ordu birləşdiyi zaman biz yenilməz oluruq. Bizim qəhrəmanlarımız xalq üçün mübarizə apardılar. Əminəm ki, xalq yenidən ayağa qalxacaq. Biz vətəni qorumaq üçün döyüş tapşırığını yerinə yetirməyə hazırıq. Düşmənimiz zərbəmizin gücünü bir daha görəcəyinə şübhə etməsin”.
Qeyd edək ki, bu gün Ermənistanda ordu günüdür.