Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində Ədliyyə Akademiyasında növbəti mühazirə dinlənilib
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın Milli Preventiv Mexanizm (MPM) fəaliyyəti çərçivəsində kadr hazırlığını həyata keçirən müvafiq tədris müəssisələrində hüquqi maarifləndirmə tədbirləri davam etdirilir.
“Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti” mövzusunda keçirilmiş növbəti mühazirəƏdliyyə Akademiyasında Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin və Məhkəmə Ekspertizası Mərkəzinin orta rəis heyəti və xidmətə yeni qəbul edilmiş əməkdaşları üçünOmbudsman Aparatının İşgəncələrin qarşısının alınması şöbəsinin əməkdaşı Pərvin Rəhimov tərəfindən tədris edilib.
Mühazirə zamanı Ombudsmanın insan hüquqlarının müdafiəsi,müstəqil monitorinq mexanizmlərinin,o cümlədən milli preventiv mexanizm funksiyalarını həyata keçirilməsisahəsində fəaliyyəti haqqında ətraflı məlumat verilib.
Ölkə Prezidentinin müvafiq Sərəncamı ilə BMT-nin “İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya”sının Fakültativ Protokolunun icrasının təmin edilməsi ilə bağlı Ombudsmanın Milli Preventiv Mexanizm funksiyalarını yerinə yetirən təsisat qismində müəyyən olunması, şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi müəssisələrə həyata keçirilən başçəkmələr, verilmiş tövsiyələr və onların icrası vəziyyətinə dair informasiya diqqətə çatdırılıb.
Sonda mühazirə iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Mətbuat xidməti