azia.az
azia.az

Müasir Psixologiya Mərkəzində yaşanan qalmaqalın İZİ ilə...

Dünən, 22:14

Əslində kimin kimi söydüyü, kimin kimə hücum çəkdiyi bu görüntülərdə var. Qadın əvvəlcə direktoru otağına çağırır, sonra da gəlib içəri girir, küçə söyüşləri ilə hamının özünü, ailəsini təhqir edib gedir. 
Bir neçə gün əvvəl VMR Şirkətlər Qrupunun rəhbəri Vüsal Həsənovla Müasir Psixoologiya Mərkəzinin əməkdaşı Sara Rəhmanova arasında münaqişə yaşanmışdı. S.Rəhmanova, anası M.Qəhrəmanlı və bacısı M.Əzizova sosial mediada paylaşımlar edərək V.Həsənovu ittiham edirlər. Onlar iddia edirlər ki, V.Həsənov S.Rəhmanovanı təhqir edib və daha sonra işdən qovub.
V.Həsənov isə heç kəsi təhqir etmədiyini, əslində S.Rəhmanovanın onu təhqir etdiyini və əlində bütün bunları sübut edən videogörüntülərin olduğunu bildirib.
Məsələni araşdırmaq üçün V.Həsənovdan müsahibə götürdük. O, davanın videogörüntülərini də bizə təqdim etdi. Linkə daxil olub baxa bilərsiniz. Nə baş verdiyini görmək olur. 
S.Rəhmanovanın da fikirlərini öyrənməyə hazırıq. Videoda bu barədə bildirmişik.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi