Bir ilin avtomobilini sığorta etdirə bilmir.
Xezerxeber.az xəbər verir ki, bu problemlə paytaxt sakini, sürücü İlqar Abdullayev üzləşib. Sürücü iddia edir ki, istehsal tarixi 2023-cü il olan minik avtomobilinin bu ayın 16-da icbari sığorta vaxtı bitir.
O, deyir ki, bir neçə sığorta şirkəti ilə danışsa da, nəqliyyat vasitəsini sığorta etməkdə maraqlı deyillər.
Səbəb isə maraqlıdır.
Sürücü deyir ki, bu modellər daha çox taksi xidmətində istifadə edildiyi üçün sığorta şirkətləri buna maraq göstərmirlər. Səbəb kimi qəza riskinin çox olması və digər şəxlərə etibarnamə ilə verilməsidir.
O, iddia edir ki, belə problemlə üzləşən çox sayda sürücü var.
Bəs hansı hallarda şirkətlər avtomobilin icbari sığortasından imtina edə bilər?