Novella Cəfəroğlu qadınların pensiya yaşının artırılmasını dəstəkləyir
Xatırladaq ki, bu il qadınların pensiya yaşı artırılır. İyul ayından Azərbaycanda qadınlar üzrə pensiya yaşı artıq 64 olacaq. 2027-ci ildə isə xanımlar kişilərlə eyni, yəni 65 yaşda pensiyaya çıxacaqlar.
Bəs tanınmış simalar qadınların pensiya yaşının artması ilə bağlı yayılan məlumatlar barədə nə düşünür?
Globalinfo.az-a danışan hüquq müdafiəçisi Novella Cəfəroğlu bu qərarı dəstəklədiyini bildirib.
O, xanımların əksəriyyətinin 65 yaşdan sonra da çalışmaq istədiklərini vurğulayıb:
“Mən pensiya yaşının artırılmasına yaxşı baxıram. Bilirsiniz, bizə nə qədər qadın müraciət edir? Narazılıq edirlər ki, onları vaxtsız pensiyaya göndərirlər. Əsasən də müəllim və həkimlərdir təqaüdə çıxmaq istəməyənlər. Kim istəyər, işə davam edər, istəməyən də çıxar”.