2024-cü ildə xidməti-döyüş fəaliyyətinin yekunlarına dair hesabat müşavirəsi keçirilmişdir
Yanvar ayının 9-da Dövlət Sərhəd Xidmətinin 2024-cü ildə xidməti-döyüş fəaliyyətinin yekunlarına dair hesabat müşavirəsi keçirilmişdir.
Əvvəlcə Dövlət Himni səsləndirilmiş, Ümummilli lider Heydər Əliyevin, Azərbaycan Respublikasının azadlığı, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Müşavirədə Azərbaycan tarixinin ən böyük sərkərdəsi, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilmiş tədbirlər nəticəsində 2024-cü ilin dövlətçilik tariximiz üçün xüsusi önəm daşıması, Sərhəd Mühafizəsi sahəsində və ölkəmizdə keçirilmiş BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 beynəlxalq konfransı çərçivəsində Dövlət Sərhəd Xidməti qarşısında qoyulan tapşırıqların yüksək səviyyədə yerinə yetirildiyi Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev tərəfindən böyük qürur hissi ilə qeyd olunmuşdur.
15 yanvar 2024-cü ildə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin Dövlət Sərhəd Xidmətinin yeni hərbi hospital kompleksinin açılışında iştirak etməsinin, Dövlət Sərhəd Xidmətinin 3 zabitini "general-mayor" ali hərbi rütbəsinə layiq görməsinin, göstərdikləri igidliyə və şücaətə, xidmətdə fərqləndiklərinə görə DSX əməkdaşlarını orden və medallarla təltif etməsinin şəxsi heyət tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılandığı bildirilmişdir.
Dahi Öndər Heydər Əliyevin sərhəd mühafizəsi sahəsindəki ideya və düşüncələrinin Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə reallaşdırılması, dövlət başçısının diqqət və qayğısı ilə hərbi qulluqçuların sosial-məişət şəraiti, eləcə də mənəvi-psixoloji vəziyyətinin daha da yaxşılaşdırılması istiqamətində aparılan işlər xüsusi vurğulanmışdır.
Hesabat müşavirəsində hərbi birləşmə rəhbərlərinin məruzələri dinlənilmiş, struktur qurumların xidməti fəaliyyəti qiymətləndirilmişdir.
2024-cü ildə Dövlət Sərhəd Xidməti tərəfindən əldə edilmiş əsas nailiyyətlər sırasında:
2025-ci ildə qarşıda duran əsas vəzifə və tapşırıqlar diqqətə çatdırılaraq Dövlət Sərhəd Xidmətinin struktur qurumlarının hazırlığının daim yüksək səviyyədə saxlanılması, şəxsi heyətin ayıq-sayıqlığının artırılması, xidmət zamanı təhlükəsizlik qaydalarına riayət edilməsi barədə göstərişlər verilmişdir.
Müşavirənin sonunda xidmətdə fərqlənmiş hərbi qulluqçulara dövlət təltifləri təqdim olunmuşdur.
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi