Bu gündən bələdiyyə seçkiləri üzrə təşviqat kampaniyası başladı
Bu gündən bələdiyyə seçkilərində seçkiqabağı təşviqat kampaniyasına start verilib.
Bu barədə “Azərbaycan Respublikasında bələdiyyə seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı”nda öz əksini tapıb.
Seçki Məcəlləsinin 72.3, 74.1.5, 74.1.7, 75.2-ci maddəsinə əsasən, qeydə alınmış namizədlər, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri, namizədi qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri təşviqat işlərini apara bilərlər.
Proses səsvermə gününə 23 gün qalmış başlanır və səsvermənin başlanmasına 24 saat qalmış dayandırılır.
Belə ki, seçkiqabağı təşviqat yanvarın 6-da start götürəcək və həmin ayın 28-i saat 08:00-da baş çatacaq.
Xatırladaq ki, Azərbaycanda bələdiyyə seçkiləri yanvarın 29-da keçiriləcək.