Suriya Türkmən Eli-Azərbaycan Dostluq Cəmiyyəti yeni ofis AÇIR
2019-cu ildə Türkiyənin İzmir şəhərində Hələb türkmən fəallarının iştirakı ilə Suriya Türkmən Eli-Azərbaycan Dostluq Cəmiyyəti təsis edilib. Cəmiyyətin ilk sədri Dr. Muxtar Fatih Beydili seçilib.
Onun rəhbərliyi altında cəmiyyət iki xalq arasında qardaşlıq bağlarını dərinləşdirmək və ortaq dəyərləri yaşatmaq üçün fəal şəkildə fəaliyyətə başlayıb.
Modern.az-ın məlumatına görə, Suriya rejiminin başçısı diktator Bəşər Əsədin devrilməsi və ölkədə vəziyyətin normallaşmasından sonra Suriya Türkmən Eli-Azərbaycan Dostluq Cəmiyyəti Hələb şəhərində öz ofisini açmağı planlaşdırır. Bu təşəbbüs Suriya türkmən gənclərinin əzmkarlığı və fəaliyyəti ilə həyata keçiriləcəkdir.
Bu yeni addım Suriya türkmənlərinin mədəniyyətini, kimliyini və qardaş Azərbaycan ilə əlaqələrini daha da gücləndirmək məqsədini daşıyır. Gələcəkdə Hələbdə açılacaq cəmiyyət ofisi türkmən gənclərinin təşəbbüskarlığı ilə bölgənin mədəni və ictimai həyatına böyük töhfələr verəcəkdir.
Nigar Ögeday
Türkiye