AZƏRBAYCANDA futbolçuları "qumar" oynayan komanda rəhbəri: "Şokdayam, səhərə kimi yata bilməmişəm"
"İnanın, xəbəri eşidən gün səhərə kimi yata bilməmişəm".
"Mingəçevir"in İdarə Heyətinin sədri Nurlan Əhmədov Sportinfo.az-a açıqlamasında belə deyib.
Bilindiyi kimi, «Minggəçevir»in bir qrup futbolçusu oyun alqı-satqısına görə saxlanılıb. I Liqada mübarizə aparan komandanın 7 üzvü gözaltına alınıb.
Bunlar qapıçı Movlan Kərimov, müdafiəçi Xəyal Muradov, yarımmüdafiəçilər - Xəyal Xudaverdiyev, Tural Məmmədzadə, Muxtar Nəzərli, Fuad Əhmədov və Elnur Mirzəyevdir.
Onlar hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən araşdırmaya cəlb olunub.
Bəlli olub ki, hadisə komandadaxili iclasdan sonra baş verib. Yeddi futbolçu toplantının ardından Mingəçevirdən Bakıya gətirilib.
Redaksiyamızın əldə etdiyi qeyri-rəsmi məlumata görə, müraciət AFFA-dan gəlib.
Federasiya oturduğu yerdə hərəkətə keçməyib. Belə ki, UEFA Bakıya növbəti serkulyar məktub göndərib.
Avropa futbol qurumu həmin məktubda AFFA-nı I Liqa ilə əlaqəli bəzi yeni bigilərlə tanış edib. Belə ki, UEFA aşağı liqanın cari mövsümündə keçirilən 10-a yaxın oyunun nəticəsinin şübhəli olmasını qeyd eləyib.
Burada adı ən çox çəkilən komanda isə «Mingəçevir»dir. Təşkilatın daxilində fəaliyyət göstərən hüquq-mühafizə orqanlarından ibarət orqan müxtəlif leqal və qeyri-leqal bukmeyker kontorlarından məlumatlar toplayıb.
Sportinfo.az