azia.az
azia.az

TÜRKİYƏDƏ minlərlə insan Fələstinə dəstək yürüşünə başlayıb

1-01-2025, 11:40

İstanbulun mərkəzində Fələstinə dəstək yürüşü başlayıb.

Bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.

On minlərlə insan Ayasofya məscidinin qarşısında toplaşır. Yürüşlə əlaqədar şəhərin əsas küçələrində nəqliyyatın hərəkəti çətinləşib.

Türkiyə Gənclər Vəqfinin (TÜGVA) himayəsi altında təşkil edilən yürüşün iştirakçıları Ayasofya, Sultan Əhməd, Fatih, Süleymaniyə və Eminönü məscidlərində sübh namazı qılıblar. Namazdan sonra aksiya iştirakçıları yürüşə qoşulmaq üçün əllərində Türkiyə və Fələstin bayraqları ilə Qalata körpüsünə doğru hərəkət edəcəklər.“Report”


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi