DSX MEDİA nümayəndələrini təbrik etdi
Hörmətli mətbuat nümayəndələri, dəyərli dostlar!
Sizi 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə səmimi qəlbdən təbrik edirik!
Bu əlamətdar gün bütün dünya azərbaycanlılarının birlik və həmrəylik ruhunu ifadə edir, bizi ortaq dəyərlərimiz, milli irsimiz və vətən sevgisi ətrafında sıx birləşdirir.
Siz, mətbuat nümayəndələri olaraq cəmiyyətin maarifləndirilməsi, milli ideallarımızın qorunması və təbliği yolunda böyük rol oynayırsınız.
Yeni il sizə yeni uğurlar, xoşbəxtlik və sağlamlıq gətirsin. Hər zaman qələminiz iti, sözünüz kəsərli olsun!
Həmrəyliyimiz əbədi, bayramlarımız mübarək olsun!