Narinin anası, qardaşı və əmisi ömürlük həbs olundu
Yaydan bəri Türkiyə gündəminə düşən Narin Güran işi üzrə hökm oxunub.
Xəbər verilir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.
Hökmə əsasən azyaşlının anası, qardaşı və əmisi Türkiyə Cinayət Məcəlləsinin 1-d,e, 53/1 və 63-cü maddələri ilə ayrı-ayrılıqda ağırlaşdırılmış ömürlük həbs cəzasına məhkum ediliblər.
Narinin qətlinin ört-basdır edilməsində əli olan digər müttəhim, Nevzat Bəxtiyar isə “cinayət sübutlarını məhv etmək, gizlətmək və ya dəyişdirmək” maddəsi ilə 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, iclas zamanı təqsirləndirilən şəxslər ittihamları rədd edərək, günahsız olduqlarını bildiriblər.
Xatırladaq ki, avqustun 21-də Diyarbəkirin Bağlar rayonunun Tavşantəpə məhəlləsində itkin düşən Narin Güranın cansız cəsədi sentyabrın 8-də Əgərtutmaz çayında tapılıb.
Diyarbakır Respublika Baş Prokurorluğunun başlatdığı istintaq çərçivəsində saxlanılan 23 şübhəlinin içində uşağın anası Yüksəl Güran, böyük qardaşı Enes Güran, əmisi Səlim Güran və qonşuları Nevzat Bəxtiyarın da olduğu 12 nəfər həbs edilib.(Qafqazinfo)