Daha bir tiktoker xanım həbs edildi
Polisin sosial şəbəkələrdə əxlaqsızlığın təbliğinə qarşı keçirdiyi əməliyyatla saxlanılan tiktoker Tamilla Mehdiyeva həbs edilib.
Azia.az bloqu Axar.az-a istinadən xəbər verir ki, Nərimanov Rayon Məhkəməsində keçirilən prosesdə xanım tiktoker Cinayət Məcəlləsinin 234.1-1-ci (satış məqsədi olmadan külli miqdarda qanunsuz narkotik vasitələr və ya psixotrop maddələri saxlama və ya daşıma) maddəsi ilə təqsirli bilinərək barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.
Qeyd edək ki, "TikTok" əməliyyatının istintaqı Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsində aparılır.
Xatırladaq ki, bu gün Yasamal Rayon Məhkəməsinin qərarı ilə "TikTok" sosial şəbəkəsində şairə kimi tanınan İlhamə Elşadqızı barəsində də eyni maddə üzrə 4 aylıq həbs qətimkan tədbiri seçilib.