azia.az
azia.az

4 saylı idarə rəisi niyə dövlət qulluqçusu deyil? - Asif Məcidovun diplomu da prolemlidir

19-12-2024, 22:39

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nəzdində fəaliyyət göstərən 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi  Asif  Məcidovun dövlət qulluqçusu olmadığı iddia edilir.
Bu barədə redaksiyamıza mötəbər mənbədən əldə etdiyi məlumatda deyilir.
Bildirək ki, “Dövlət qulluğu haqqında” qanunun tələbinə uyğun olaraq dövlət qulluqçusu olmayan şəxs idarə rəisi təyin edilə bilməz. Ancaq  Asif  Məcidov himayədarının köməkliyi ilə dövlət qulluqçusu olmadığı halda idarə rəisi təyinatı alıb. Görünür Asif  Məcidovun dövlət qulluqçusu olmadanda idarərəisi işləməsi Ekologiya və Təbii Sərvətlər Naziri Muxtar Babayevi qane edir. Yada Asif  Məcidovun himayədarının gücü Muxtar Babayevi üstələyir.
Redaksiyamıza daxil olan digər məlumata görə Asif Məcidovun diplomu xarici ölkələrdən birinin ali təhsil müəsissəsinə aiddir.
Xatırladaq ki, bir neçə gün öncə 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisinin nazirlikdə yüksək vəzifəyə gedəcəyi ilə bağlı məlumat vermişdik. Həmin məlumatda qeyd etmişdik ki, Asif  Məcidov yüksək vəzifədə işləyən qohumunun köməkliyi ilə bu vəzifəyə təyinat almaq istəyir.

azfakt.com


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi