azia.az
azia.az

Beynəlxalq diaspor mərkəzi açıqlama yaydı-TƏCİLİ

16-12-2024, 22:37

18 dekabr 2024-cü il tarixində saat 11:30-da Beynəlxalq Avrasiya Mətbuat Fondunda Beynəlxalq Diaspor Mərkəzinin (BDM) təşkilatçılığı ilə "Ermənistanın təcavüzü nəticəsində Qərbi Azərbaycanlıların deportasiyasının dünya ictimaiyyətinə çatdırılmasında vətəndaş cəmiyyətinin rolu" mövzusunda tədbir keçiriləcəkdir. 

Tədbirin məqsədi ermənistanın uzun illər davam edən təcavüzkar siyasəti nəticəsində tarixi torpaqlarından məhrum edilən soydaşlarımızın haqlı səsini beynəlxalq ictimaiyyətə çatdırmaq və vətəndaş cəmiyyətinin bu istiqamətdəki rolunu müzakirə etməkdir. Tarixi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması və bu istiqamətdə ermənistanın təcavüzkar siyasəti və Qərbi Azərbaycanlıların deportasiya olunmasının beynəlxalq səviyyədə tanıdılması üçün vətəndaş cəmiyyətinin bu istiqamətdəki rolu xüsusi əhəmiyyət daşıyır. 

Tədbir zamanı qeyri-hökumət təşkilatlarının və diaspor nümayəndələrinin təşəbbüsləri müzakirə olunacaqdır. Deportasiya nəticəsində məhv edilən tarixi abidələrin sənədləşdirilməsi və beynəlxalq aləmdə tanıdılması tədbirin vacib mövzularından biridir.

Tədbirdə Beynəlxalq Diaspor Mərkəzi tərəfindən Qərbi Azərbaycanla bağlı hazırlanan qısa metrajlı film nümayiş olunacaqdır. Film, Qərbi Azərbaycanlıların deportasiyasının acı həqiqətlərini, soydaşlarımızın üzləşdiyi faciələri və tarixi faktları işıqlandırır.

 

Tədbirin keçiriləcəyi ünvan: Beynəlxalq Avrasiya Mətbuat Fondunun ofisi Mehdi Huseyn 1 a  

             (AZ TV-nin arxa tərəfi). 

 

 

BDM Mətbuat xidməti


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi