Səadət Sultan YAZIÇILAR birliyinə üzv qəbul olundu
Əvvəlcə yazıçı dedikdə nə başa düşülür?
Sualına cavab axtaraq. Yazıçı-İdeyaları çatdırmaq üçün fərqli yanaşmalar və texnikalarla sözlərdən istifadə edən insan nəzərdə tutulur.
Yazıçılar dil mədəniyyətini öz əsər və romanlarında canlandırır. Bu baxımdan Azərbaycanda Yazıçılar birliyi təsis edilmişdir. Yazıçılar Birliyi Azərbaycan yazıçı və şairlərinin, tərcüməçilərinin ən böyük ictimai təşkilatıdır.
Fikir və İdeyaları mükəmməl bir şəkildə cəmiyyətə çatdırmaq məqsədilə azərbaycan dilindən məharətlə istifadə edə bilən yazıçılar çox vaxt ölkəmizin inkişafına önəmli töhfələr verirlər. Belə qələm sahiblərindən uzun illərdir tanıdığım, qələminə sayqı və hörmətlə yanaşdığım jurnalistlərən biri də Səadət Sultandır.
Bu gün ləyaqətli söz adamı, həm qələmi saf, həm də sözlərdən böyük bir çələng düzəldən Səadət Sultan Yazıçılar Birliyinin sıralarına qoşulub. Bəli, qələminə hörmət edən ləyaqətli ruh adamlarından biri elə Səadət Sultandır. Ona bu nəcib və məsuliyyətli söz səngərində uğurlar arzulayırıq. Yazıçı və şairlər sözdən roman, povest, şeirlər yardırlar. Əlbəttə ki, söhbət söz xiridarından gedir. Elə yeri gəlmişkən gəlin Söz Sultanını tanıyaq.
Abbasova Səadət (Səadət Sultan) Bakıda anadan olub. 1992-ci ildən mətbuatın müxtəlif sahələrində texniki işçidən tutmuş baş redaktor müavininədək çalışmışdır. Mətbuat sahələri dedikdə, bura qəzet, jurnal, xəbər saytları və online televiziyalar daxildir. 15 ildən çox vaxt ərzində AMEA-nın müxtəlif institutlarında (Mərkəzi Elmi Kitabxana, Fizika İnstitutu, Aşqarlar Kimyası insitutu, Fəlsəfə İnstitutu) tərcüməçi-redaktor kimi fəaliyyət göstərmişdir. “Ruhun səsi”, “Pələngin qisası” və “Yağışda islanmayan adam” kitablarının müəllifidir.
Azərbaycan Dillər Universitetinin birgə laytihəsində tərcümə və redaktə işləri ilə məşğul olub. Azərbaycan Yazıçılar Birliyi ilə müxtəlif vaxtlarda əməkdaşlıq edib. “Literaturniy Azerbaycan” jurnalında müəllif tərcümələri ilə çap olunub. “Lerik” qəzetində silsilə şəklində publisistik məqalələr, şeirlər, esselərlə çıxış edib. “Ədəbiyyat qəzeti”ndə müxtəlif vaxtlarda hekayələri dərc olunub.
“Lerik” və “Azad təfəkkür” qəzetinin baş redaktor müavinidir.
Azia.az bloqu adından Söz Sultanını təbrik edirik!!!