Məktəblilərin sevgi macəraları: "Anana deyəcəm ki, bakirə deyilsən..." - Şok təfərrüat
Bakının Nizami rayonunda 2001-ci il təvəllüdlü Əliverdi on altı yaşına çatmayan tanışı Vəfa (adlar şərti verilib - red.) ilə cinsi əlaqədə olub.
Azia.az bloqu Teleqraf.com-a istinadən bildirir ki, Əliverdi 2020-ci ilin mayın 28-də saat 14 radələrində, iyunun 4-də saat 19 radələrində və iyunun 17-də saat 20 radələrində yaşadığı evdə 2005-ci il təvəllüdlü Vəfa ilə qarşılıqlı razılıq əsasında üç dəfə təbii yolla cinsi əlaqəyə girib.
İstintaq orqanı tərəfindən Əliverdinin barəsində Cinayət Məcəlləsinin 152.1-ci (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Əliverdi ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, Nizami rayonu ərazisində yerləşən 272 saylı orta məktəbi bitirib:
"Vəfanı həmin orta məktəbdə oxuduğum vaxtdan tanımışam. 2020-ci ilin mayında Vəfaya instaqram sosial şəbəkədə yazaraq tanış oldum. Onun bakirə olmadığını, məndən əvvəl hər hansı oğlanla münasibət qurduğunu qabaqcadan bilməmişəm".
Təqsirləndirilən şəxsin sözlərinə görə, 2020-ci il iyunun ortalarında dəqiq xatırlamadığı tarixdə saat 15 radələrində Vəfa ondan xəbərsiz yaşadığı evə gəlib: "Bakirə olmadığını dedi, məni öpməyə başladı. Ona qarşılıq verərək bir dəfə yataq otağında təbii yolla cinsi əlaqədə oldum. Vəfanın bakirəliyinin kim tərəfindən pozulduğunu mənə deməyib. Bir müddət sonra Vəfa məndən ayrılmaq istədiyini bildirdi".
Əliverdi Vəfanı metronun "Xalqlar Dostluğu" stansiyasının yaxınlığında Mədinə ilə olarkən görüb, onlara yaxınlaşmayıb, Vəfanı bakirə olmamasını anasına deyəcəyi ilə hədələməyib: "Söhbətgahda Vəfa və Mədinə ilə görüşməmişəm. Vəfaya bakirəliyinin pozulması barədə anasına məlumat verə biləcəyimi telefon yazışmalarında bildirməmişəm.
2020-ci ilin iyunun ortalarında Vəfa özü yaşadığım mənzilin girişinə gəldi. Telefon vasitəsilə mənə mesaj yazdıqdan sonra aşağı düşdüm.