azia.az
azia.az

"Anana deyəcəm ki, bakirə deyilsən..." - MƏKTƏBLİNİN....

1-03-2024, 08:22

Bakının Nizami rayonunda 2001-ci il təvəllüdlü Əliverdi on altı yaşına çatmayan tanışı Vəfa (adlar şərti verilib - red.) ilə cinsi əlaqədə olub.


AZia.az Teleqraf.com-a istinadən bildirir ki, Əliverdi 2020-ci ilin mayın 28-də saat 14 radələrində, iyunun 4-də saat 19 radələrində və iyunun 17-də saat 20 radələrində yaşadığı evdə 2005-ci il təvəllüdlü Vəfa ilə qarşılıqlı razılıq əsasında üç dəfə təbii yolla cinsi əlaqəyə girib.


İstintaq orqanı tərəfindən Əliverdinin barəsində Cinayət Məcəlləsinin 152.1-ci (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham elan edilib.


Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Əliverdi ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, Nizami rayonu ərazisində yerləşən 272 saylı orta məktəbi bitirib:


"Vəfanı həmin orta məktəbdə oxuduğum vaxtdan tanımışam. 2020-ci ilin mayında Vəfaya instaqram sosial şəbəkədə yazaraq tanış oldum. Onun bakirə olmadığını, məndən əvvəl hər hansı oğlanla münasibət qurduğunu qabaqcadan bilməmişəm".


Təqsirləndirilən şəxsin sözlərinə görə, 2020-ci il iyunun ortalarında dəqiq xatırlamadığı tarixdə saat 15 radələrində Vəfa ondan xəbərsiz yaşadığı evə gəlib: "Bakirə olmadığını dedi, məni öpməyə başladı. Ona qarşılıq verərək bir dəfə yataq otağında təbii yolla cinsi əlaqədə oldum. Vəfanın bakirəliyinin kim tərəfindən pozulduğunu mənə deməyib. Bir müddət sonra Vəfa məndən ayrılmaq istədiyini bildirdi".


Əliverdi Vəfanı metronun "Xalqlar Dostluğu" stansiyasının yaxınlığında Mədinə ilə olarkən görüb, onlara yaxınlaşmayıb, Vəfanı bakirə olmamasını anasına deyəcəyi ilə hədələməyib: "Söhbətgahda Vəfa və Mədinə ilə görüşməmişəm. Vəfaya bakirəliyinin pozulması barədə anasına məlumat verə biləcəyimi telefon yazışmalarında bildirməmişəm.

2020-ci ilin iyunun ortalarında Vəfa özü yaşadığım mənzilin girişinə gəldi. Telefon vasitəsilə mənə mesaj yazdıqdan sonra aşağı düşdüm.

Vəfanı mənzilimə apardım, orada onunla təbii yolla cinsi əlaqədə oldum. Bundan başqa Vəfa mənim evimdə olmayıb. Onunla bir neçə dəfə görüşmüşəm. Lakin cinsi əlaqədə olmamışam. Cinsi əlaqə zamanı ona hər hansı zor və hədə tətbiq etməmişəm. Onun özümdən yaşca kiçik olduğunu bilmişəm. Lakin dəqiq yaş fərqimizdən xəbərim olmayıb".


Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Vəfanın sözlərinə görə, orta məktəbin doqquzuncu sinifini bitirib: "2020-ci ilin mayında məktəb illərindən tanıdığım Əliverdi mənə instaqram sosial şəbəkəsində yazaraq sevgili olmağı təklif etdi. Bir müddət razılıq verməsəm də, sonda razılaşdım və sevgili olduq. Görüşlərimizin birində Əliverdi məndən Valeh barədə soruşdu. Valehlə aramızda intim münasibət olmadığını dedim. Lakin mənə inanmadı. Bundan sonra mənimlə kobud tərzdə, nalayiq ifadələr işlətməklə danışmağa başladı".


Zərərçəkmiş deyib ki, 28 may 2020-ci ildə metronun "Xalqlar Dostluğu" stansiyasının yaxınlığında Mədinə ilə birlikdə "besedka"da görüşüb: "Əliverdi Mədinədən bir neçə dəqiqəliyə kənarlaşmağı xahiş etdi. Sonra mənə cinsi əlaqədə olmağı təklif etdi. Əvvəlcə razılaşmadım. Əliverdi mənə "bəs anan bilsə sən beləsən?.." dedi, bakirəliyimin pozulmasına işarə etdi.


Əliverdidən anama heçnə deməməyi xahiş etdim, onunla cinsi əlaqəyə girməyə razılaşdım. Əliverdi məni və Mədinəni yaşadığı binanın qarşısına apardı. Mədinəyə aşağıda gözləməyi dedim, özüm isə həmin gün saat 14 radələrində Əliverdi ilə mənzilə getdik. Həmin mənzildə təxminən bir saat ərzində təbii yolla cinsi əlaqədə olduq. Sonra paltarlarımı geyindim, aşağı düşdük. Əliverdi bizdən ayrıldı. Mədinəyə Əliverdi ilə cinsi əlaqədə olduğumu dedim".


Vəfa qeyd edib ki, bundan sonra Əliverdi ilə sevgili kimi münasibətləri davam edib: "Hərdən ayrılmaq istəsəm də, Əliverdinin bakirə olmadığımı yayacağı barədə atmacalarından ehtiyat etdim. 2020-ci ilin iyunun 4-də saat 19 radələrində Əliverdi ilə onun yaşadığı ünvanda bir dəfə təbii yolla cinsi əlaqədə olduq. 2020-ci iln iyunun 17-də saat 20 radələrində üçüncü dəfə Əliverdi ilə cinsi əlaqədə olduq".


Zərərçəkmiş şəxsin sözlərinə görə, iyulun 1-də anası razı olmadığına görə Əliverdiyə ayrılıq mesajı göndərib: "Çünki anam mənim Əliverdi ilə sevgili olduğumuzu bildi. Əliverdi həmin mesajın ardınca iki gün mənimlə dava etdi, barışmağı tələb etdi, əks halda anama, məktəbdəkilərə deyəcəyi ilə hədələdi.


İyulun 2-də Mədinəgildə olanda növbəti mesajlaşmalarından onun bacısı Mələk xəbər tutdu. Mələk məndən Əliverdinin "anan bilər, məktəbdəkilər bilər" deməklə nə demək istədiyini soruşdu. Mələyə hər şeyi danışdım. Mələk də anamgilə dedi".


Vəfa ifadəsinin sonunda Əliverdi ilə barışdığını, ona qarşı şikayəti olmadığını deyib.


Bu cinayət işinə Nizami rayon Məhkəməsində baxılıb.


Əliverdinin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunub. Ona 1 il sınaq müddəti olmaqla 1 il 8 ay 10 gün şərti cəza təyin edilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi