Bu kənddə yas mərasimində yemək vermək QADAĞAN EDİLDİ
Naxçıvan MR Şərur rayonu Mahmudkənd kəndinin əhalisinin birgə qərarı ilə yas mərasimlərində ehsan verilməsi qadağan edilib.
Xəbər verilir ki, 10 sentyabr tarixindən etibarən kənd ərazisindəki 3, 7 və 40 mərasimlərində ehsan verilməyəcək. Əvəzində isə başsağlığına gələnlər üçün yalnız çay süfrəsi açılacaq.
Həmçinin xüsusi vurğulanıb ki, hər hansı kənd sakini bu qaydanı pozarsa, həmin şəxsin keçirdiyi yasda sakinlər iştirak etməyəcək.
Qeyd edək ki, kənd ağsaqqallarının iştirakı ilə keçirilən yığıncaqda qəbul edilən qərar kəndin sosial şəbəkə səhifələrində paylaşılıb.(qafqazinfo)