azia.az
azia.az

Yanlış ünvana basqın edən polis ev sahibinin qolunu sındırdı

17-11-2024, 19:24

Kütahyada polis səhər saatlarında Mehmet Ali Güngörün evinə basqın edərək qolunu sındırıb. Lakin polisin yanlış ünvana gəldiyi üzə çıxıb. 

Lent.az-ın Türkiyə KİV-nə istinadla xəbərinə görə, yaralanan Güngör deyib: "Polis rəisi gəlib qurum adından üzr istədi. Amma mən bunu qəbul etmirəm".

Məlumata görə, səhər saat 7 radələrində Kütahyanın Akkent Məhəlləsi TOKİ-də ailəsi ilə birlikdə yaşayan Mehmet Ali Güngörün evinə polis basqın edib. Güngörün həyat yoldaşı qapını açanda heç bir məlumat verməyən polis əvvəlcə həyat yoldaşını, sonra isə Mehmet Ali Güngörü döyüb. Çənəsindən vurulan yumruqla yerə yıxılan və qolunu sındıran Güngör, polis səhv ünvanda olduqlarını anladıqdan sonra sərbəst buraxılıb. 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi