azia.az
azia.az

Başqaları "Nobel" alır, bizimkilər "Nobel" oteldə QEYDİYYATÇINI...

16-11-2024, 21:26

Bakıda 8 Noyabr prospektində yerləşən "Nobel” oteldə qeydiyyatçını döyən müştəriyə hökm oxunub. 

Qaynarinfo-nun məlumatına görə, 1995-ci il, ali təhsilli Səid adlı şəxs oteldə 12 saatlıq otaq bron edib. 

Həmin oteldə müştərilərin qeydiyyata alınması, şifarişlərin qəbulu, eyni zamanda hoteldə olan müşlərilərin giriş-çıxış vaxtına dair məlumatlandırılmasını həyata keçirən Elvin adlı şəxs ona zəng edərək, vaxtının başa çatdığını deyib.  Səid hotelin qeydiyyat şöbəsinə yaxınlaşaraq, "sən idin bayaq mənimlə telefonda danışan" deyib və Elvini yumruqla vurub. 


Hadisədən sonra Elvin xəstəxanaya yerləşdirilib və burun sümüyünün açıq yerdəyişmiş sınığı diaqnozu qoyulub. Səid saxlanılaraq barəsində cinayət işi açılıb və iş məhkəməyə göndərilib. 

Məhkəmənin qərarı ilə Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib və ona 2 il 11 ay 26  gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. 

Əhməd


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi