azia.az
azia.az

AZ yaşlı QIZI 40 YAŞLI KİŞİYƏ ƏRƏ VERDİLƏR, TOYDA İSƏ...-AZƏRBAYCANDA ŞOK OLAY

3-01-2024, 14:30

Daxili İşlər Nazirliyi 17 yaşlı qızın həyatı təhlükəsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib. 

Nazirliyin mətbuat xidmətinin Gəncə regional qrupundan Lent.az-a bildirilib ki, Gəncə şəhər Baş Polis İdarəsinin 3-cü Polis Bölməsinin əməkdaşlarının keçirdikləri axtarış tədbirləri nəticəsində həmin şəxsin yeri müəyyən edilərək ailəsinə təhvil verilib:

“Onu da qeyd edək ki, xanım 2006-cı il təvəllüdlüdür və ailə qurarkən 17 yaşı olub. Həyatı təhlükəsi yoxdur”.



Azərbaycanda 17 yaşlı qızın həyatı təhlükə altındadır. 

Bu barədə sosial şəbəkələrdə məlumat paylaşılıb. 

İddia edilib ki, Göygöl rayonunda 2007-ci il təvəllüdlü qız 40 yaşlı kişiyə ərə verilib. 

Bir müddət sonra isə qız əri ilə getdiyi toyda başqa kişiyə qoşulub qaçıb. 

Həmin şəxs isə bir müddət sonra qızdan imtina edib.

Atası xaricdə olan qızı 11-ci sinif şagirdi olan qardaşının öldürməsi təhlükəsi olduğu iddia edilir. 

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu bildirib ki, faktla bağlı araşdırma aparılır.  / Oxu.az


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi