Türkiyə və Azərbaycan orduları birgə təlimə başlayır
Azərbaycan və Türkiyə Hərbi Dəniz Qüvvələri birgə hərbi təlim keçirəcəklər.
Xəbər verilir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.
Noyabrın 18-dən 29-dək davam edəcək təlimlərdə hər iki ölkənin sualtı hücum və sualtı müdafiə bölmələri iştirak edəcəklər. Təlimlər Aksaz/Muğlada keçiriləcək.
Bundan başqa, Aksaz bölgəsi Aralıq dənizində iki ölkənin iştirakı ilə hərbi hava qüvvələrinin təlimi də planlaşdırılır.