"Adı “Buffalo show” idi, ancaq nə bufalo var idi..." - GİLEY
" "Sea breeze"dəki sirkə getməyi məsləhət görmürəm. Adı “Buffalo show” idi, ancaq nə bufalo var idi, nə də ayılar..."
Bu barədə "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımda giley olunur.
Narazı vətəndaş daha sonra yazır: "Uşaqları onıara baxmaq həvəsi ilə aparmışdıq. 120 man bilet (4 nəfər), üstəlik popkorn, şirin pambıq, digər şeylər ən ucuzu 5 manat, 200 manata qədər puı xərcləyirsən və sonda da səni aldadırlar, başqa şey göstərirlər.
Oturacaqlar narahat, içəri də soyuq idi. Təşkilatçılar nəzərə alsalar yaxşı olar. Xeyli insan fasilədə tərk edib getdilər..."(Dia.az)