azia.az
azia.az

Umud Mirzəyev: "COP29-da müzakirə olunan mövzular COP30-da gündəmdə olacaq"

12-11-2024, 19:29

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) müzakirə olunan mövzular gələn il Brzaliyada keçiriləcək COP30-un gündəmində olacaq.

Bunu "Report"a açıqlamasında Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev bildirib.

"COP29-a ev sahibliyi Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edir, ölkəmizin təbliği, Azərbaycanı narahat edən məsələlərin gündəmə gətirilməsi üçün vacibdir. Növbəti COP tədbiri Braziliyada keçirilsə də, onun gündəmində Azərbaycanda keçirilən COP-dakı mövzular olacaq", - deyə o vurğulayıb.

Fond rəhbərinin sözlərinə görə, COP29 çərçivəsində keçirilən tədbirlərdə Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələri yeni əlaqələr qurur: "Bu gün vətəndaş cəmiyyətinin fəaliyyəti aktuallaşır. Vətəndaş cəmiyyəti nə qədər gücü olarsa, ekoloji problemlərin həlli bir o qədər effektiv olar".


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi