azia.az
azia.az

Həkim tərəfindən döyülən qazinin anası Anar Bağırovdan vəkil istəyir — MÜRACİƏT

8-11-2024, 17:05

Vətən Müharibəsi qazisi Elturan Abdullayevin anası Arzu Abdullayeva Vəkillər Kollegiyasının sədri Anar Bağırova müraciət edib.

Bu barədə qazinin anası Arzu Abdullayeva Oxu24.com saytına müraciətində bildirib.A.Abdullayeva bildirib ki, Vəkillər Kollegiyasının sədri Anar Bağırovdan onun hüquqlarını müdafiə etmək üçün vəkil istəyir.

"Mən  bu ilin iyul ayının 23-də müayinə üçün getdiyim Şirvan şəhər xəstəxanasında oranın göz həkimi Günel Səfərova tərəfindən insanların gözü qarşısnda döyüldüm.Həmin hücum zamanı xəsarətlər aldım.Şikayətim əsasında Şirvan şəhər Məhkəməsində həkim 300 manat cərimə edildi.Həmçinin guya mən də ona xəsarət yetirmişəm deyə məni də cərimə etdilər.Mən bu ədalətsiz qərarla razı deyiləm.Çünki sözügedən həkim Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Şirvan Şəhər  şöbəsinin  rəisi Məmmədov Eldar Nüsrət oğlundan tanışlığından istifadə edərək saxta rəy alıb. Həmin saxta rəydən mənə qarşı istifadə edilir. Mənim vəkil tutmağa maddi imkanım olmadığı üçün məhkəmədə özümü müdafiə edə bilmədim.Hadisənin şahidləri,video görüntüsü olsa da,gizlədilir.Mən tələb edirəm ki, ekspertin verdiyi rəy yoxlanılsın. O rəyi hansı əsaslarla verdiyi müəyyən edilsin.Cənab Anar Bağırovdan xahiş edirəm ki,mənə vəkillə təmin olunmağımda yardım etsin.Şirvan şəhər Məhkəməsinin çıxardığı qərardan Apellyasiya şikayəti verəcəm",-deyə şikayətçi bildirib.

Qeyd edək ki, həkim tərəfindən döyülən Arzu Abdullayeva Vətən Müharibəsi qazisi Elturan Abdullanın anasıdır.Elturan Abdulla Şuşa döyüşləri zamanı yaralanıb.Göstərdiyi qəhrəmanlıqlara görə 5 medalla təltif olunub.

Həkim Günel Səfərova 

 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi