azia.az
azia.az

İşləmədiyinə görə, kimlərə pul verilir? - CAVAB

3-11-2024, 15:36

İşsizlikdən sığorta ödənişi “İşsizlikdən sığorta haqqında” Qanunla nəzərdə tutulmuş hallarda sığorta olunanların itirilmiş əmək haqlarının kompensasiya edilməsinə yönəldilmiş təminat formasıdır.

Valyuta.az xəbər verir ki, qanuna əsasən işsizlikdən sığorta ödənişi bu hallarda işdən azad edilmiş şəxslərə ödənilir:

işçilərin sayı və ya ştatların ixtisar edilməsi;

- müəssisənin mülkiyyətçisi dəyişməsi;

- əmək müqaviləsinin müddəti qurtardıqda;

əvvəllər müvafiq işdə (vəzifədə) çalışan işçinin işinə (vəzifəsinə) bərpa edilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) olması;

əvvəllər həmin müəssisədə çalışan işçi müddətli həqiqi hərbi xidmətdən ehtiyata buraxıldıqdan sonra öz iş yerinə (vəzifəsinə) qayıtmaq hüququndan istifadə etməsi nəticəsində işdən azad olunan işsiz şəxslərə.

Sığorta ödənişi almaq üçün nə edilməlidir?

Sığorta ödənişi almaq hüququ əldə etmiş şəxs ilkin mərhələdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin yerli qurumları və ya “DOST” mərkəzlərində qeydiyyata alınmalıdır. Şəxs üçün münasib iş tapmaq mümkün olmadıqda ona işsiz statusu verilir və şəxs işsiz kimi qeydiyyata alındıqdan sonra sığorta ödənişinin təyin və ya imtina edilməsi barədə qərar çıxarılaraq bu barədə vətəndaşa məlumat verilir.

Sığorta ödənişi hansı müddətə təyin edilir?

İşdən azad olunan işsiz şəxslərə, işsizlikdən sığorta ödənişi ilkin müraciət zamanı 6 ay, təkrar müraciət zamanı 3 ay təyin edilir.

Əmək müqaviləsinin müddəti qurtarması maddəsi ilə işdən azad olunan işsiz şəxslərə isə 3 ay müddətində təyin edilir. Həmin şəxslərə təkrar sığorta ödənişinin təyin olunmasına yol verilmir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi