Qrossi: İranın nüvə obyektləri İsrailin zərbəsi nəticəsində zərər görməyib
Oktyabrın 26-na keçən gecə İsrailin endirdiyi zərbə nəticəsində İran ərazisindəki nüvə obyektlərinə ziyan dəyməyib.
“Report” xəbər verir ki, bunu Beynəlxalq Atom Enerjisi Agentliyinin (AEBA) baş direktoru Rafael Qrossi “X” sosial şəbəkəsindəki səhifəsində yazıb.
Onun sözlərinə görə, belə bir məlumatı ona İran nümayəndələri çatdırıb: “İranın nüvə obyektləri zərbələrdən təsirlənməyib. AEBA müfəttişləri təhlükəsiz ərazidədirlər və vacib işlərini davam etdirirlər. Mən ehtiyatlı olmaqla yanaşı, nüvə materiallarına təhlükə yaradan hərəkətlərdən çəkinməyə çağırıram”.