Avtomobilinizi satarkən dəyərini artırmağın yolu... – Mexanikin məsləhəti
Mexanik ikinci əl avtomobilin hansı hissəsinin təkrar satışı zamanı onun dəyərinə ciddi təsir göstərə biləcəyini bildirib. O, bir çox sürücünün buna kifayət qədər diqqət yetirmədiyini vurğulayıb.
Valyuta.az bu barədə “Express”ə istinadla xəbər verir.
Mexanik Skotti Kilmer avtomobillərlə 55 ildən çoxdur işləyir və müntəzəm olaraq sürücülərə müxtəlif məsləhətlər verir.
Bu dəfə ekspert avtomobilin dəyərini təkrar satışda qoruyub saxlamaq üçün çox səy göstərmədən nə etməyin mümkün olduğunu izah edib. Bunun üçün avtomobilin boya örtüyünün vəziyyətini diqqətdə saxlamaq lazımdır.
Kilmer bildirib ki, sürücülər avtomobilin kuzovuna müntəzəm olaraq mum təbəqəsi çəkməlidir. Bu, avtomobilin boya örtüyünü mümkün qədər uzun müddət ideal vəziyyətdə saxlamağa kömək edəcək.
"Başa düşün ki, kuzov boyası çox nazikdir. Onun qalınlığı orta hesabla təxminən 105 mikron təşkil edir", - deyə mexanik izah edib.
Ekspert qeyd edib ki, kuzovun üst boya təbəqəsi diqqətli baxım tələb edir, əks halda örtük çatlayacaq.
“Express” əlavə edir ki, avtomobilin kuzovundakı şəffaf örtük boya üçün "qalxan" rolunu oynayır. Buna baxmayaraq, zaman keçdikcə müxtəlif maddələrin təsiri ilə bu örtük köhnələ bilər.
Ona görə də sürücülər boya örtüyünün zədələnməsinin qarşısını almaq üçün avtomobillərini müntəzəm yuyub kuzova təzə mum təbəqəsi çəkməlidirlər. Bu, avtomobilin təkrar satışdakı potensial dəyərini artırmaqla yanaşı, onun ömrünü də uzadacaq.
Nicat