azia.az
azia.az

TUNELDƏN SAĞ ÇIXAN HADİSƏ BARƏDƏ DANIŞDI-QANDODURAN.. (VİDEO)

Dünən, 22:51

Xəbər verdiyimiz kimi, Sabunçu rayonunda yağış suları ilə dolmuş tuneldə 2 nəfər boğularaq ölüb.

Azia.az bloqu  "Xəzər Xəbər"ə istinadən bildirir ki, tuneldə qalıb görüntülərini qohumlarına göndərən bu şəxslər 1976-cı il təvəllüdlü Elnur Şirinov və 1995-ci il təvəllüdlü Köçəri Abbasovdur. Bu onların sonuncu görüntüləri olub.

Hadisə şahidləri bildirdilər ki, hadisə gecə 2-3 radələrində baş verib. 3 nəfər köməksiz halda qalıb, biri üzərək xilas ola bilib, ancaq qalanları boğulub. Onları xilas etmək istəyən şəxslər də buna nail ola bilməyiblər.

Ərazidə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən davam etdirilən axtarış-xilasetmə işləri nəticəsində ilk olaraq Elnur Şirinovun sonra isə Köçəri Abbasovun cəsədi çıxarılaraq aidiyyəti üzrə təhvil verildi.

Əraziyə Əraziyə Fövqəladə Hallar Naziri Kəmallədin Heydərov, Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov gəliblər.

Fakt ilə bağlı Sabunçu rayon prokurorluğunda araşdırma aparılır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi