azia.az
azia.az

İlqar Ələkbərli açıqlama yaydı: "Həbs olunmamışam"

23-10-2024, 22:45

SOCAR Petroleum QSC rəhbərinin sabiq müşaviri, hazırda eyni şirkətdə böyük iqtisadçı vəzifəsində işləyən İlqar Əkbərli həbs edilib.

O, məhkəmə qərarının icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməməkdə təqsirli bilinib.  Nərimanov Rayon Məhkəməsinin qərarı ilə İlqar Əkbərli 8 gün müddətinə inzibati qaydada həbs edilib.

Qeyd edək ki, İ.Əkbərli əvvəl xuliqanlıq cinayətinə görə məhkum edilib. Səbail Rayon Məhkəməsi ona 1 il azadlığın məhdudlaşdırılması cəzası təyin edib.

Yeniləndi***

Oxu24.com-a açıqlama verən İlqar Əkbərli həbs olunması xəbərinin yalan olduğunu bilirib.

"Bakı Apellyasiya Məhkəməsinin 22 oktyabr 2024-cü il tarixli qərarı ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 21.10.2024-cü il tarixli ləğv edilərək barəmdə İXM-nin 528.1-ci maddəsinə əsasən əməldə inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilib .Qeyd olunanları nəzərə alaraq xahiş edirəm 21.10.2024-cü il tarixdə mənim barəmdə KİV səhifələrində yerləşdirilən məlumatlara dair  təkzib verilsin",-deyə o bildirib.

Qeyd edək ki,İlqar Əkbərlinin həbs olunma xəbərini Qafqazinfo.az saytı yaymışdı.

 Miri Məcidli


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi