azia.az
azia.az

Maşın alarkən buna mütləq DİQQƏT EDİN

23-10-2024, 21:40

Alıcıların əksəriyyəti avtomobil alarkən, ilkin mərhələdə hansısa ustaya və ya texniki servisə müraciət edir. Adətən, “ikinci əl” maşınların alğı-satqısı zamanı bu cür yoxlanışlarda nəqliyyat vasitəsinin yağına, mühərrik sazlığına və elektrik ötürücülərinə baxılır. Lakin bəzi hallarda avtomobili alan şəxs tezliklə maşında bir çox yeni nasazlığı aşkarlayır.

Əslində, ən çox hansı detalların və avadanlıqların keyfiyyətinə diqqət yetirilməlidir?

Mövzu ilə bağlı Yenisabah.az-a danışan avtomobil təmirçisi Xəyyam Səlimov bildirib ki, ikinci əl maşınlarda texniki problemin meydana gəlməsi ehtimalı olduqca yüksəkdir:

“Əvvəla, maşın almaq istəyənlərə onu demək istəyirəm ki, ölkədə ehtiyat hissəsi ucuz və asan tapılan avtomobillərə üstünlük versinlər. Amma maddi imkanını nəzərə alanda demək olar ki, alıcıların 70-80 faizi “ikinci əl”ə üstünlük verirlər. Belə avtomobillərdə isə istər-istəməz gec-tez nasazlıq özünü göstərir.

Mənim təmir seximə də tez-tez bu cür maşınlar gətirilir. Bir usta kimi deyim, buraxılış ili köhnə olan “Mersedes”, yaxud “Opel” alanda ilkin olaraq mühərrikin yağ “yeyib-yemədiyi”nə baxılmalıdır. Bu maşınlarda başlıca problem budur”.

Usta sürücülərə və maşın almaq istəyənlərə ciddi tövsiyələr verib:

“Rusiyanın “Lada” markasının avtomobillərində isə daha çox vuruq-əzik kimi problemlər olur. Onların dəmiri və dam örtüyü olduqca zərif və zərbəyə davamsızdır. Digər maşınlarda da elə əsas yoxlanılası detallar budur. Bir də ən əsası, usta seçimi zamanı çalışıb yaxşısını tapın. Bəzi ustalar “zapçast” mağazaları ilə işləyir. Lazım oldu-olmadı hansısa detalın dəyişdirilməsini deyir və xüsusi satış yerləri tövsiyə edirlər”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi