azia.az
azia.az

Azyaşlı öldü, 10 gün əvvəl boğazından əməliyyat olmuşdu - QANAXMA...(VİDEO)

20-10-2024, 10:30

Bir neçə gün əvvəl Bakıda boğazından əməliyyat edilən qız vəfat edib.

Xəbər verilir ki, sentyabrın 15-i Lənkəranın Separadi kənd sakini, 2015-ci il təvəllüdlü Sevinc Elman qızı Əzimzadə Bakıda yerləşən 2 saylı Uşaq Xəstəxanasında boğaz nahiyəsindən cərrahi əməliyyat olunub. Bir gün sonra isə evə buraxılıb.

Sentyabrın 25-i saat 09 radələrində azyaşlı qanaxma səbəbi ilə rayon Lənkəran Şəhər Mərkəzi Xəstəxanasına gətirilib. Lakin az sonra o vəfat edib.

Faktla bağlı araşdırma aparılır.




OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi