azia.az
azia.az

MEK-də Müstəqilliyin Bərpası Günü ilə əlaqəli virtual sərgi hazırlanıb

18-10-2024, 15:30

Azərbaycan Respublikasının müstəqilliyinin bərpa edilməsinin 33 ili tamam olur. Bu münasibətlə AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) 18 Oktyabr - Müstəqilliyin Bərpası Günü adlı virtual sərgi hazırlanıb.

MEK-in fondlarındakı nəşrlərdən ibarət sərgidə müstəqil Azərbaycan dövlətinin memarı Ulu Öndər Heydər Əliyevin müasir Azərbaycan dövlətinin yaranması və inkişafında göstərdiyi əvəzsiz xidmətlərindən bəhs edən “Zamana sığmayan lider: Heydər Əliyevin idarəçilik və varislik fəlsəfəsi” (“A Leader Transcending Time: Heydar Aliyev’s Governance and Succession Philosophy”),  “Heydər Əliyev  Müstəqillik yolu”, “Heydər Əliyev  Müstəqilliyimiz əbədidir”, “Heydər Əliyev Müstəqil Azərbaycanın neft emalı sənayesinin banisidir”  (“Heydar Aliyev is the founder of oil refining industry of independent Azerbaijan”), “Heydər Əliyev: dövlət xalq üçündür”, “Müstəqil Vətənin  memarı” , “Heydər Əliyev və milli-tarixi yaddaşın bərpası”, “Milli lider və müstəqil dövlətçilik”, “Müstəqilliyimiz əbədidir, sarsılmazdır” və digər dəyərli nəşrlər sərgilənir.

Azərbaycan, ingilis, rus və türk dillərində təqdim olunan nəşrlərdə ayrı-ayrı məqalə və yazılarla həmin dövrün bir sıra aktual problemləri önə çəkilir, müstəqillik dövrün fəlsəfəsi, yeni dövrə baxış, çağdaş problemlərin təhlili mühüm yer tutur. Kitablarda görkəmli dövlət xadimi, böyük tarixi şəxsiyyət - Heydər Əliyevin Azərbaycan dövlətinə rəhbərlik etdiyi müddətdə həyata keçirdiyi taleyüklü tədbirlərdən, milli-tarixi yaddaşımızın bərpası üçün imzaladığı və çox böyük tarixi dəyəri olan fərman və sərəncamların əhəmiyyətindən, tariximizdəki quruculuq və xilaskarlıq rolundan, mənəvi, siyasi və ictimai həyatımızdakı misilsiz xidmətlərindən, eləcə də müstəqilliyin qorunub saxlanması və möhkəmləndirilməsi istiqamətində ölkə Prezidenti İlham Əliyevin yorulmaz səylərindən bəhs edilir.

Bundan əlavə, sərgidə “Müstəqillik illərində Azərbaycan Milli Elmlər Akademiyasının elmi nəşrləri” annotasiyalı biblioqrafik göstərici, “Müstəqil Azərbaycanın iqtisadi-inkişaf problemləri”, “Müstəqilliyimiz, mənəviyyatımız”, “Müstəqil Azərbaycanın 25 ili səfirlərin gözü ilə”, “Müstəqil Azərbaycan 20 il. Dövlət ailə, qadın və uşaq siyasəti”, “Müstəqil Azərbaycan 20 il”, “Müstəqilliyə gedən yol”, “Müstəqilliyin çətin yolu...reallıqlar, düşüncələr”, “Müstəqil dövlətimiz və parlamentimiz”, “Müstəqil dövrün fəlsəfəsi və filologiyası, “Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı” kimi nəşrlər də yer alıb.

Qeyd edək ki, virtual sərgi ilə yanaşı MEK-də ənənəvi sərgi də təşkil olunub.

 

İctimaiyyətlə əlaqələr şöbəsi

[email protected]


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi