azia.az
azia.az

Füzulinin icra başçısı Elvin Alıyev faciəyə səbəb olmuş yanğına aydınlıq gətirib

16-10-2024, 22:03

Xuraman Hacıyevanın 2 övladının fermada faciəli şəkildə yanaraq ölmələri barədə məlumat vermişdik.Şikayətçi müraciətində həmin fermanın Füzuli Rayon İcra başçıs Alı Alıyevin oğlu Elvin Alıyevə məxsus olduğunu və bu günə qədər onlara dəymiş ziyanın ödənilmədiyini bildirmişdi.


Xəbər verilir  ki, sözügedən informasiya CityPost.az saytında yayımlandıqdan sonra yazıda adı hallanan keçmiş polis əməkdaşı Elvin Alıyev redaksiyamızla əlaqə saxlayıb.O,hadisənin baş verdiyi fermanın ona yox,qayınatasına məxsus olduğunu söyləyib.


“Hadisə baş verən ferma mənə yox,qayınatam İsmayılov Nağı Həmid oğluna məxsusdur.Həmin hadisə ilə bağlı Qobustan Rayon Prokurorluğunda araşdırma aparılıb,hadisəyə  müvafiq  hüquqi qiymət də verilib”,- deyə  Elvin  Alıyev bildirib.

Qeyd edək ki, hadisə 2018-ci ilin yanvarın 4-də Qobustan rayonu  Qurbançı kənd ərazi dairəsinə məxsus olan və rayonun Qaracüzlü kəndi yaxınlığında  yerləşən  fermanın  həyətindəki  işçilərin yaşayışı üçün nəzərdə tutulmuş tikilidə baş verib.  Yanğın hadisəsindən ailənin  böyük  uşağı ağır xəsarətlərlə  xilas  olsa  da, 2013-cü il  təvəllüdlü Babaşov Vidadi Zəkəriyyə oğlunun və 2016-ci il təvəllüdlü Babaşova Zəhra Zəkəriyyə qızının həyatını xilas etmək mümkün olmayıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi