Cəbrayılda 93 evin tikintisi 14,5 milyon manata başa gələcək
Cəbrayıl rayonunun Şükürbəyli kəndində 93 evin tikintisi üçün ayrılan vəsaitin həcmi məlum olub.
Bu barədə İqtisadiyyat.az Məcburi Köçkünlərin Sosial İnkişaf Fondundan məlumat əldə edib.
Belə ki, 1042 ailəlik (birinci mərhələdə - 635 ailəlik) Şükürbəyli kənd yaşayış məntəqəsinin salınması ilə əlaqədar 93 birmərtəbəli fərdi yaşayış evlərinin tikintisi 14 562 668,45 manata başa gələcək.
Fond tikinti işlərini "Tunel-Metro İnşaat" şirkətinə həvalə edib və onunla qeyd olunan məbləğ dəyərində müqavilə bağlayıb.