azia.az
azia.az

Fəxrəddin Əskərova məxsus “Qayğı-1” Müəssisəsi dövlət büdcəsinə və fondlara vergi ödəməyib- Çıxışına qadağa...

13-10-2024, 12:41

İş adamı Fəxrəddin Əskərov məhkəməyə verilib.

Azia.az bloqu Lent.az-a istinadla xəbər verir ki, buna səbəb biznesmenin dövlətə olan borcları ilə bağlıdır.

Belə ki, Fəxrəddin Əskərova məxsus “Qayğı-1” Müstəqil Kiçik Müəssisəsinin dövlət büdcəsi və fondlara vergi borcu yaranıb. Ancaq bir müddətdir, həmin borclar ödənilmir. Buna görə də Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi onun barəsində Bakı Kommersiya Məhkəməsində iddia qaldırıb. İddiada dövlət qurumu iş adamının ölkədən çıxışına qadağa qoyulmasını xahiş edir.

Qeyd edək ki, Fəxrəddin Sultan oğlu Əskərov qeyri-etik görüntülərini sosial şəbəkədə yayması ilə gündəmə gəlib. Məlumata görə, o, videoda Nərimanov rayonunda vəzifəli şəxsləri qanunsuz tikinti cəhdinin qarşısını aldıqlarına görə təhqir edib. Bu əməlinə görə o, polis tərəfindən saxlanılıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi