azia.az
azia.az

Ərdoğan Fidanı Afinaya göndərir- Problemlər danışıqlarla həll ediləcək

12-10-2024, 20:59

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Egey dənizi də daxil olmaqla mübahisəli məsələləri müzakirə etmək üçün xarici işlər naziri Hakan Fidanı Afinaya göndərəcəyini bildirib. 

Xəbər verilir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

"2023-cü il seçkilərindən sonra Yunanıstan və Türkiyə arasında mövcud xroniki problemi ixtisaslı danışıqlar yolu ilə həll edə biləcəyimizə dair bir anlayış var idi", deyə Türkiyə lideri bildirib.
Ərdoğanın sözlərinə görə, Ankara Yunanıstanın baş naziri Kiriakos Mitsotakislə birlikdə danışıqlar prosesinə siyasi dəstək verib, Türkiyə Xarici İşlər Nazirliyi isə araşdırma aparır.

Türkiyə prezidentinin sözlərinə görə, iki ölkə regionda münaqişə riskini ancaq danışıqlar yolu ilə azalda bilər. Ərdoğan həmçinin vurğulayıb ki, Türkiyə ədalət üçün çalışır və heç kimin torpağına təcavüz etmir.

Uzun illərdir ki, Yunanıstan və Türkiyə mübahisəli məsələləri həll edə bilmir, zaman-zaman ərazi mübahisələri səbəbindən tərəflər silahlı qarşıdurma astanasına gəlib. 

Aydın


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi