azia.az
azia.az

Bağırsaq xərçəngi riskini artıran XƏSTƏLİKLƏR

11-10-2024, 09:02

Flinders Universitetinin alimləri müəyyən ediblər ki, beş ümumi metabolik patologiya bağırsaq xərçənginin inkişaf riskini artırır.

 Modern.az xəbər verir ki, tədqiqatın nəticələri “Critical Reviews in Oncology/Hematology” jurnalında dərc olunub.

Tədqiqatçılar metabolik xəstəliklərlə kolorektal xərçəngin inkişaf riski arasında əlaqəni müəyyən etmək üçün əvvəllər dərc edilmiş 49 elmi məqalənin məlumatlarını təhlil ediblər. Sistematik təhlillər və meta-analizlər sağlam yetkin könüllülər və müxtəlif tibbi vəziyyəti olan şəxslər haqqında məlumatlardan istifadə edilib.

 

Nəticələr göstərib ki, kifayət qədər yayılmış beş patologiya bağırsaq xərçəngi riskini artırır - piylənmə, hipertoniya, alkoqollu qaraciyər yağlanması, qanda şəkərin səviyyəsinin yüksək olması və yüksək sıxlıqlı lipoprotein çatışmazlığı.

 

Belə xəstəliklərin kompleks inkişafı metabolik sindrom kimi tanınır. Alimlər vurğulayıblar ki, hər il bir çox insanın tibbi müayinədən keçdiyi sadə qan analizləri metabolik sindrom riskinin qiymətləndirilməsinə və həyati təhlükəsi olan ağırlaşmalar baş verməmişdən əvvəl onun qarşısının alınmasına effektiv kömək edir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi