azia.az
azia.az

Azərbaycanlıları bu ölkələrə aparan dəhşətli SƏBƏB

8-10-2024, 18:09

İsraildə, Livanda, Omanda, İordaniyada, İraqda, Qətərdə və s. ölkələrdə azərbaycanlılar var. Onların həmin yerlərdə nə işlə məşğul olmaları hər kəsə maraqlıdır. Sirr deyil ki, vətəndaşlarımız həm əmək miqrantı kimi, həm də bizneslə məşğul olmaq məqsədilə adətən Rusiyaya, Avropaya, Çinə, Türkiyəyə gedirlər. Düzdür, BƏƏ-nin şəhəri Dubayda da xeyli azərbaycanlı var və onlar bizneslə məşğuldurlar. Fəqət Dubay fərqli kateqoriya şəhərdir.

Sadaladığımız ölkələr daha əlverişli sayılır. Yaxın Şərq ölkələri isə bizneslə məşğul və əmək mirantılığı üçün o qədər əlverişli sayılmır. Yaxın Şərqdəki son gərginliklər zamanı məlum olur ki, bu ölkələrdə də xeyli vətəndaşımız var. Azərbaycanlıları bu ölkələrə aparan səbəblər nədir?

Globalinfo.az-a danışan sabiq maliyyə naziri, iqtisadçı alim Fikrət Yusifovun fikrincə, azərbaycanlıları bu ölkələrə aparan müxtəlif səbəblər ola bilər.

O deyib ki, başqa ölkələrə getmək insanların öz haqqıdır:

“Məsələn, kimsə öz yaxınları və ya qohumlarına güvənərək bu ölkələrə üz tuta, kimsə dini baxışlarına görə belə seçim edə bilər və s. Ancaq elə şəxslər də ola bilər ki, bu ölkələrdə biznes maraqlarını reallaşdırmaq üçün gedərlər. Adıçəkilən ölkələrə gedənlərin sayı təbi ki, Rusiyaya, Avropa ölkələrinə, Türkiyəyə gedənlərin sayından dəfələrlə az olsa da, insanlarımızın bir qisminin belə seçim etmələri onların öz haqqıdır”.

Sabiq nazirin sözlərinə görə, bəziləri həmin ölkələrə başqa məqsədlə gedir:

“Təəssüf ki, bu mövzuda danışarkən bəzən dini fanatizmə yuvarlanmış bəzi vətəndaşlarımızın Yaxın Şərq ölkələrində gedən hərbi münaqişələrdə iştirakına rast gəlinir. Bəzi vətəndaşlar isə belə münaqişələrdə muzdlu əsaslarla döyüşmək yolunu seçirlər. Bu hallar yolverilməzdir”.



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi