Azərbaycanda əmək müqavilələrinin sayı açıqlanıb
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin iş yerlərinin rəsmiləşdirilməsi, əməkhaqqı fondunun “ağardılması” və şəffaflılığın təmin edilməsi istiqamətində həyata keçirdiyi tədbirlərin nəticəsi olaraq, bağlanmış əmək müqavilələrinin sayı 2019-cu ilin əvvəli ilə müqayisədə 450 972 vahid artıb və bu il sentyabrın 1-nə 1 852 887 olub.
"Report" bu barədə quruma istinadən xəbər verir.
Məlumata görə, qeyri-neft sektorunun özəl bölməsində həmin göstərici 430 502 vahid artaraq 970 424 təşkil edib.
"Təşviq əsaslı vergi siyasətinin əmək bazarına müsbət təsirləri davam edir", - deyə məlumatda qeyd olunub.