7 oktyabr necə yadda qalıb?
7 oktyabr tarixində baş vermiş əhəmiyyətli, maraqlı hadisələrə nəzər salaq.
7 oktyabr 2020-ci ildə Azərbaycan ordusu düşmənin 10-dək tankını, 6 ədəd D-20 topunu, 1 ədəd “Akasiya” özüyeriyən artilleriya qurğusunu, 30-dək avtomobil texnikasını və xeyli sayda canlı qüvvəsini məhv edib:
Oktyabrın 7-də Ermənistan qoşunları tərəfindən işğal edilmiş Hadrutda və ona bitişik kənd və yüksəkliklərdə döyüşlər başlayəb və oktyabrın 15-də uğurla yekunlaşıb.
7 Oktyabr Ümumdünya Layiqli Əmək Günü:
bu günün keçirilməsi ilk dəfə 2008-ci ildə Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən elan edilib.
Layiqli əmək - səmərəli iş və layiqli əmək haqqının, iş yerində təhlükəsizliyin və ailə üzvlərinin sosial müdafiəsinin, şəxsi inkişaf üçün daha yaxşı imkanların, sosial inteqrasiyanın, kişi və qadınlar arasında bərabər imkanların təmin edilməsidir. Layiqli əməyin ümumdünya məqsədinə çevrilməsi BMT-nin İnsan Hüquqları Deklarasiyasının 23-cü maddəsində (1948), BMT-nin “2030 Dayanıqlı İnkişaf Tədbirlər Planı”nda (2015) və digər mühüm sənədlərinin müddəalarında da öz əksini tapıb.
7 Oktyabr Dünya təbəssüm günüdür:
Amerikalı reklam meneceri Harvey Ball 1963-cü ildə məşhur “Smiley”, yəni gülümsəmə ikonasını hazırlayıb. Bu ikona bütün dünyada xoşbəxtlik və yaxşı niyyət simvoluna çevrilib.
Bu səbəbdən də 1999-cu ildən oktyabrın ilk cüməsi Dünya təbəssüm günü kimi qeyd edilir.
7 Oktyabr Ümumdünya Karate Günüdür:
7 oktyabr 2015-ci ildə Prof. Dr. Əziz Sancar Kimya üzrə Nobel mükafatı qazanan ilk Türk oldu.