azia.az
azia.az

"Hizbullah" İsraili bu raketlə VURUB

7-10-2024, 08:04

“Fadi-1” raketi ilə Hayfanı hədəf aldıq"".

Misavat.com xəbər verir ki, bu barədə "Hizbullah"ın yaydığı rəsmi məlumatda qeyd edilib. 

Qeyd edilib ki, Livan İslami Müqaviməti Hayfanın cənubundakı “Əl-Karmel” hərbi bazasını "Fadi-1" raketləri ilə bombalayıb. 

İsrail mediasının yaydığı məlumata görə isə, bombardman nəticəsində altı nəfər yaralanıb.

Ölkənin səhiyyə nazirliyinin verdiyi açıqlamada bildirilir ki, onlardan dördü yüngül qəlpə yaraları ilə, biri yüngül və orta dərəcəli xəsarətlərlə, biri isə şübhəli travma ilə xəstəxanalara verləşdirilib.

Toğrul İSMAYIL,


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi