azia.az
azia.az

Toylarda arağa qadağa qoyula bilər? - AÇIQLAMA

28-09-2024, 09:16

Toy məclisləri və şənliklərdə minyuda spirtli içkilərin əsas kimi yer alması bir çox hallarda qəbul olunur. Bütün dünyada olduğu kimi, ölkəmizdə də toy süfrələrinin əsas bəzəyi elə məhz belə içkilərdir. 

Bəzi adamlar iddia edir ki, toyda şənlənməyin yolu elə içməkdən keçir. Ancaq içki məclisdə iştirak edən qonaqları həmişə şənləndirmir. Bu nüans bəzən toyda şiddətli davaların yaranmasına rəvac verir. Bu səbəbdən zaman-zaman belə bir təklif gündəmə gəlir ki, spirtli içkilər toylarda qadağan olunmalıdır. Ancaq sözügedən təkliflə razılaşmayanlar da az deyil. Fikrə müxalif olanlar iddia edir ki, əgər toyda içki olmasa, iştirakçıların da sayı gözlə görünən qədər azalacaq. 

Azia.az bloqu xəbər verir ki, əməkdar artist Ağalar Bayramov "Yeni Sabah"a açıqlamasında sözügedən mövzuya belə münasibət bildirib:  

"Toy məclislərinin bəzəyi yeyib-içmək, şənlənməkdir. Dini toylarda iştirak etmişəm. Həmin məclislər çox soyuq keçir, şən olmur. Qonaqlar foyedə oturur, bir az iştirak edib sonra məclisi tərk edirlər. Süfrədə içki olmayan toylarda qonaqlar masanın altında içki gizlədir və xəlvətcə ondan içirlər. Bunu ev yiyəsi də bilir. Ad da o olur ki, həcidir, kərbəlayidir deyə içki vermir. Hamı yaxşı bilir ki, stolun altına qoyub içirlər. Bunu milyon dəfə görmüşəm, dəfələrlə olub". 

Tanınmış qiraətçi təkliflə razılaşmadığını qeyd edib: 

"Araqsız toy olar? Mən bu təklifi ilk dəfədir ki, eşidirəm. Ağlı başında olmayan adamın içkili, yaxud ayıq olmağının həmin məsələyə aidiyyatı yoxdur. Çünki ağlı başında olmayan adam hər iki vəziyyətdə içindəki niyyətini ortaya çıxaracaq. Elə adam var ki, içəndə daha kövrək olur. Ancaq eləsi də var ki, içindəki xəbislik aşkara çıxır. Nəşə çəkənlər kimi, keçmişi yada salır. İçkinin hər adama təsiri fərqlidir. O qədər tanışlar var, içənə qədər sakit görünür, sonra əjdahaya dönür. Bütün bunların hamısı insanın xarakterindən irəli gəlir. Mən, Ağalar Bayramov, gözümü açandan içkidən istifadə etmişəm. Ancaq bir adam deyə bilməz ki, içib kiminsə qəlbini qırmışam, çaşıb səhv danışmışam və s. Bunu heç kim deyə bilməz. Bir nəfər belə... Deməli bu, mənim daxilimdən asılıdır. 

İçki olmasın və s. deyilənlərin hamısı boş söhbətdir. Sadəcə hər şey qədərində olanda gözəl olur. Nizavi Gəncəvi demişkən, suyun belə çoxu ziyandır. Yeməyi də həddən artıq qəbul edəndə mədəyə ağırlıq verir, fəsadlar ortaya çıxır. Hər şeyin norması var. Mənim məsələyə münasibətim belədir". 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi