TƏBİB-dən aparıcının qızının ölümü ilə bağlı - Açıqlama
Aparıcı Həmid Əsədzadənin qızının ölümü ilə bağlı vacib detallar üzə çıxıb.
Məlumata görə, hadisə Səbail rayonu İzzət Nəbiyev küçəsində yerləşən “Candy kids” adlı özəl uşaq bağçasında qeydə alınıb.
TƏBİB-dən isə bildirilib ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə ötən gün saat 18:00 radələrində özəl tibb müəssisəsinin qəbul şöbəsindən çağırış daxil olub. Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.
Təcili tibbi yardım briqadası tərəfində 2 yaşlı (qadın cinsli) şəxsin həkiməqədər ölüm faktı qeydə alınıb.
Aparıcının yaxınlarından “Qafqazinfo”ya bildirilib ki, uşaq ürəkqüsurlu olub və hadisə qəfil baş verib.